Məhsullar

Büllur bulaqların şahı - "Çınqıllı bulaq"

Ulu Tanrı Odlar yurdunu öz zəngin səxavətindən yaradıb. Zirvəsində Yerlə göyün birləşdiyi,  dumanı belində yallı gedən dağlarımızın hansı səmtinə üz tutsan yarpızlı, baldırğanlıbulaqlardan buz kimi sular çağlayır. Bunlardan biri də Şahbuz dağlarındakı məşhur “Çınqıllı bulaq”dır.

 

Camal qalası, Üç qardaş, Ağluq, Ərəcı, Həsirxana dağlarının Çin səddi kimi qövsünün ortasında nəhəng stadion həcmində bir çaxmaqlı daşlar çalası var. Bir-birinə vursan od çıxar. Elə bil, Tanrı göydən yağdırıb, xalq şairi Səməd Vurğun demişkən, qışın boranı gözdə oynayanda qılınc kimi kəsən sərt küləklər dağların qarını sovuraraq qış boyu bu çalanı dümdüz doldurur. Dəniz səviyyəsindən 3 min metrədək yüksəklikdə olan bu qar-buz yatağı əridikdə üzü aşağı 2 kilometrədək sal qayaların yeddi qatından süzülərək “Şirin çayın” qənşərində çınqıllıqlar arasında çıxan bulağın gözündə əlini 10-a qədər sayınca saxlasan qol çiyinədək keyiyər. Bol axarlı “Çınqıllı”, elə bil, göyün qübbəsindən yerə arxası qatda düşmüş bir ayna parçasıdır:

Çingıllı-Təbii Bulaq Suyu.Çınqıllı bulağının sərin suyu, ərazidəki Ərəci dağın ətəyindən çıxaraq borularla bir hissəsi kəndin içərilərinə çəkilmişdir. Özünəməxsus təbiəti və təbii sərvətləri ilə seçilən Şahbuz dağları, onun bir qolu olan Keçili kəndində təbiətin gözəlliyi, dağlardakı vüqarlılıq, göz oxşayan mənzərələr, göz yaşı kimi büllur bulaqlar Keçili kəndini nəinki Azərbaycan”da, keçmiş SSRİ-də, İran, Türkiyə”də məşhur edən Çinqılllı bulağı öz keyfiyyətinə görə seçilirdi. Çınqıllı suyu çox yüngül, içildikdə köp yaratmayan, ərp əmələ gətirməyən ( əksinə ərpi əridən ) organizmdən şlaqları ( yığıntıları) təmizləyən, susuzluğu tez aradan qaldıran, böyrek daşlarını əridən, bir sözlə insan organizminə çox faydalı elementlərdən ibarət olan təbii bulaq suyudur.Şahbuz rayonunun Keçili kəndində müasir avadanlıqlarla təchiz olunmuş “Çınqıllı-Bulaq”MMC. 07.01.2009-cu ildə təsis olunmuş böyük bir zavod tikərək istehsalata verildi. Su, zavodda bütün gigiyena qaydalarına əməl olunaraq qablaşdırılır.